Putinin “Defender” gəmisi ilə bağlı dedikləri yaponları qorxuya saldı

2-07-2021, 13:36           
Putinin “Defender” gəmisi ilə bağlı dedikləri yaponları qorxuya saldı
"Yahoo News Japan” portalının oxucuları Rusiya prezidenti Vladimir Putinin Rusiya vətəndaşları ilə birbaşa xətt zamanı İngilis hərbi gəmisi "Defender” ilə bağlı baş verən hadisə haqda sərt ifadələrindən sonra narahat olub.

Qaynarinfo xəbər verir ki, üstəlik şərhçilərin fikirləri də haçalanıb. Kimsə Rusiya liderinin sözlərində Yaponiya üçün bir təhlükə görüb, kimisi isə Qərbin hərəkətlərinin qurulmuş dünya düzəninə xələl gətirdiyini qeyd edib.

"Amerika və İngiltərə müharibədən sonrakı Yalta dünya nizamını getdikcə məhv edirlər!", "İndi Sakit və Hind okeanında yeni QUAD ittifaqı yalnız Çinlə deyil, Rusiya ilə də üzləşməli olacaq!", "Putinin İngilis hərbi gəmisi ilə bağlı açıqlamaları Yaponiyaya qarşı da yönəldilib", "Belə bir təlatümlü zamanda Yaponiyanın "şimal əraziləri" ilə bağlı qəti addımlar atmağa çalışması lazımdır” – narahat olmuş istifadəçilər yazıblar.

Xatırladaq ki, Vladimir Putin gəmiylə bağlı hadisəni Qərbin Krım sakinlərinin seçiminə hörmətsizliyini nümayiş etdirmək üçün hazırlanmış təxribat adlandırıb və Rusiyanın gəmini məhv etməsinin belə müharibəyə səbəb olmayacağına əminliyini bildirib: "Bu gəmini batırsaq da III Dünya müharibəsi başlamazdı... Bunu edənlər bu müharibədə qalib çıxa bilməyəcəklərini bilirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru