Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı

3-07-2021, 00:02           
Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı
Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukraynadan çox sayda silah gəldiyinə görə bu ölkə ilə sərhədi tamamilə bağlamağı tapşırıb. Azmarka.az xəbər verir ki, məlumatı “BelTA” yayıb.

A.Lukaşenko Müstəqillik günü münasibətilə təşkil edilən mərasimdə çıxışı zamanı bildirib.

“Ukraynadan Belarusa külli miqdarda silah daxil olur. Ona görə də, sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tam şəkildə bağlamağı tapşırmışam. Ölkədə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvaya aidiyyatı olan terror hücrələri aşkar edilib” - prezident deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru