Hicablı kəşfiyyatçı xanım xüsusi xidmət qurumunda başına gətirilənlərdən danışdı...-FOTO

3-07-2021, 07:53           
Hicablı kəşfiyyatçı xanım xüsusi xidmət qurumunda başına gətirilənlərdən danışdı...-FOTO
Kanada gizli xidmətlərində kəşfiyyat zabiti vəzifəsində çalışmış bir müsəlman qadın qurumda "sistemli irqçilik" və təhlükəsizlik qüvvələri sıralarında etnik və dini müxtəlifliyin rədd edilməsindən danışıb.

Moderator.az xəbər verir ki, bu haqda "CBC” məlumat yayıb.

Ərəbdilli hicablı müsəlman bir xanım olan Huda Mukbil 15 il boyunca Kanada milli kəşfiyyat və təhlükəsizlik xidmətində- “CSIS”-də çalışıb. Bu müddətdə o, daim "daxili təhlükə" olaraq qəbul edilib və dini mövzuda rəsmi sorğulara məruz qalıb.

2017-ci ildə Mukbil mülki məhkəmədə “CSIS”-ə qarşı ayrı-seçkilik iddiasında iştirak etdikdən sonra kəşfiyyat xidmətindən istefa vermək məcburiyyətində qalıb.

Maraqlıdır ki, “CSIS” direktoru Devid Vinyo xüsusi agentlər sıralarında irqçilik probleminin olduğunu inkar etməyib.
"Bəli, orada sistemli bir irqçilik var və təşkilat daxilində müəyyən bir hədə və repressiyalar qorxusu da mövcuddur"- deyə Vinyo etiraf edib.

Eyni zamanda Kanada xüsusi xidmət qurumunun rəisi təşkilatda "daha çox müxtəlifliyin və əhatəliliyin təmin edilməsini" prioritet hala gətirəcəyinə söz verib.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru