Brüssel qərar verdi: Ermənistana 1,5 milyard avro ayrılır

3-07-2021, 21:39           
Brüssel qərar verdi:
Avropa İttifaqı yaxın 5 ildə Ermənistana Sünik (Zəngəzur) vilayətinin inkişafı da daxil olmaqla beş əsas proqram üçün 1,5 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Teref.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndliyi məlumat yayıb.

Bu proqramlara sərhədyanı Sünik vilayətinin və ümumiyyətlə Ermənistanın cənub bölgələrinin inkişafı, 30 min kiçik və orta kompaniyaya stabil və rəqabətqabiliyyətli iqtisadiyyat yaratmaq üçün dəstək, sosial-iqtisadi inkişaf və kommunikasiya, Şimal-Cənub magistral yolunun təşviqi, informasiya texnologiyaları və elmə investisiyalar daxildir.

Avropa Komissiyasının təşəbbüsü ilə “Şərq Tərəfdaşlığı” çərçivəsində həyata keçiriləcək müvafiq sənəd Brüsseldə təqim olunub./Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru