Çin beşinci nəsil 15 qırıcını eyni vaxtda havaya qaldırdı ABŞ-LA DABAN-DABANA GEDİR...,+VİDEO

4-07-2021, 00:13           
Çin beşinci nəsil 15 qırıcını eyni vaxtda havaya qaldırdı ABŞ-LA DABAN-DABANA GEDİR...,+VİDEO
Bu gün Pekində, Tyanamen meydanında Çin Kommunist partiyasının yüz illiyinə həsr edilmiş bayram tədbiri zamanı beşini nəsil 15 J-20 qırıcısı eyni vaxtda havaya qaldırılıb. Virtualaz.org xəbər verir ki, bu haqda “South China Morning Post” nəşri bildirir.

Qəzet qeyd edir ki, Çinin stels-qırıcılarının göstəricilərinə dair məlumatların çoxu geniş publikaya ilk dəfə nümayiş etdirilir. Bildirilir ki, Çin J-20 qırıcılarının istehsalını genişləndirir, hərçənd mühərrikin işlənib hazırlanması ilə bağlı problemlərlə üzləşir. Hesab edilir ki, hazırda Pakin 150 vahid J-20 qırıcısına malikdir. Bu da beşinci nəsil qırıcıların sayına görə Çinin ancaq ABŞ-dan geri qaldığını göstərir.



Müqayisə üçün qeyd olunur ki, 2019-cu ildə keçirilən paradda Tyanamen meydanı üzərində cəmi 5 J-20 qırıcısı uçmuşdu.

Rusiya isə beşinci nəsil qırıcılar sahəsində hələ ABŞ və Çindən xeyli geridir. Rusiyanın Su-57 qırıcıları beşinci nəsil təyyarələr kimi təqdim edilsə də onun göstəricilərinə görə F-35 və J-20 qırıcılarından geri qaldığı bildirilir. Üstəlik Rusiya hələ də Su-57 qırıcılarının seriya istehsalını nizamlaya bilməyib.
Virtualaz.org













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru