Floridanın 15 dairəsində "Elza" fırtınası səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib

4-07-2021, 07:42           
Floridanın 15 dairəsində "Elza" fırtınası səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib
ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis ştatın 67 dairəsindən 15-də "Elza" tropik fırtınası səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qubernatorun saytında dərc edilən bəyanatda deyilir.

Məlumata əsasən, fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi yerli hakimiyyət orqanlarına bəzi əlavə vəsaitləri əldə etməyə və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında daha çox mənbədən istifadə etməyə imkan verir. Bu, xüsusilə ABŞ Milli Qvardiyasının xilasetmə və ya bərpa işlərinə cəlb olunmasını mümkün edir.

"Elza" tropik fırtınası bu həftənin əvvəlində Atlantik okeanında formalaşıb. Gələn həftənin əvvəllərində fırtınanın Florida sahillərinə yaxınlaşması gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru