“Mİ-6”-nın keçmiş rəhbəri : “Əfqanıstandan hərbçiləri çıxarmaq böyük səhvdir”

5-07-2021, 09:11           
“Mİ-6”-nın keçmiş rəhbəri
“Avropa qoşunlarının Əfqanıstandan çıxarılması böyük səhvdir, çünki bu qərar İŞİD və Əl-Qaidə daxil olmaqla terror qruplarının hərbi gücünün artmasına səbəb ola bilər”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın “Mİ-6” xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Aleks Yanger bildirib.

O qeyd edib ki, terrorçuların Əfqanıstanı tamamilə tərk etməsi barədə deyilənlər səhvdir. Belə ki, bu cür qruplar regenerasiya edə bilir:

“Düşünürəm ki, Qərb Əfqanıstandan üz döndərsə, bu böyük səhv olardı. Birləşmiş Millətlər Təşkilatının (BMT) iyun hesabatında əsasən terrorçu qruplaşmaların Əfqanıstanda 500 üzvü var. Eyni zamanda, İŞİD daha da aktivləşir. Əfqanıstanda radikal qrupların üzvlərinin sayı təxminən 2 min nəfərdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru