Ermənistan KTMT-nin Zəngəzur açıqlamasına qarşı çıxdı

5-07-2021, 13:12           
Ermənistan KTMT-nin Zəngəzur açıqlamasına qarşı çıxdı
KTMT Baş katibi Stanislav Zasın bəyanatları qəribədir.

Axar.az xəbər verir ki, bunu “Azadlıq radiosu”na müsahibəsində Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvü Ruben Rubinyan deyib.

Rubinyan Ermənistanın suverenliyinin təhdid altında olduğunu əsas gətirərək, KTMT-yə müraciət etdiklərini və Zəngəzurla bağlı situasiyanın KTMT nizamnaməsinin 2-ci maddəsinə uyğun gəldiyini iddia edib.

Qeyd edək ki, bundan öncə KTMT Baş katibi Stanislav Zas Zəngəzurla bağlı məsələnin KTMT nizamnaməsinə uyğun olmadığını və məsələnin sərhəd insidenti olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru