Yaponiyada torpaq sürüşməsindən sonra 24 nəfər itkin düşmüş sayılır

6-07-2021, 07:54           
Yaponiyada torpaq sürüşməsindən sonra 24 nəfər itkin düşmüş sayılır
Yaponiyanın Atami şəhərində baş verən torpaq sürüşüməsi nəticəsində itkin düşənlərin sayı 24 nəfər təşkil edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin İctimai Televiziyası xəbər verib.

Məlumata əsasən, artıq 3 gündür şəhərdə dağıntıların təmizlənməsi üzrə işlər davam etdirilir. Dağıntılar altında insanların qaldığı ehtimal edilir.

Qeyd edək ki, daha əvvəl 64 nəfərin itkin düşdüyü bildirilirdi. Hazırkı dövrədək xilasedicilər onlardan 40 nəfərinin yerini müəyyən ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru