ABŞ bu ölkəni belə çökdürür - Nəsrullah

6-07-2021, 08:47           
ABŞ bu ölkəni belə çökdürür - Nəsrullah
Livandakı iqtisadi və digər böhranların arxasında ABŞ və onun siyasəti dayanır.

Axar.az xəbər verir ki, bunu Hizbullahın rəhbəri Həsən Nəsrullah deyib.

"Bütün bunların arxasında daha böyük bir səbəb var. Dünyanı mühasirəyə alan, cəzalandıran və hər cür yardımı önləyən ABŞ və onun siyasətidir", - Nəsrullah qeyd edib.

Hizbullah lideri ABŞ-ın Livanın xarici banklardakı pulunu geri almasına, kredit və ya depozit almasına və şərqdəki dostlarından kömək istəməsinə əngəl olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru