Paşinyan Putinlə görüşə niyə gedir? - KREML AÇIQLADI

7-07-2021, 00:05           
Paşinyan Putinlə görüşə niyə gedir? -
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Moskvada görüş keçirəcəklər.

Azmarka.az xəbər verir ki, görüşün gedişində Dağlıq Qarabağdakı situasiya və “regionun humanitar problemlərinin həlli üzrə” iki ölkə arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi müzakirə olunacaq. Kremlin bu gün iyulun 6-da yaydığı məlumatda belə deyilir.

Görüş sabaha, iyulun 7-nə nəzərdə tutulub.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin gedişinə nəzər salmaq planlaşdırılır. Xüsusi diqqət isə döyüş əməliyyatlarından zərər çəkmiş rayonların əhalisinə dəstək məsələlərinə, habelə regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə ayrılacaq”, - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru