Dubay rəhbərliyi limanda baş verən güclü partlayışla bağlı açıqlama yayıb - FOTO - VİDEO - YENİLƏNİB

8-07-2021, 07:19           
Dubay rəhbərliyi limanda baş verən güclü partlayışla bağlı açıqlama yayıb -
Dubay limanında baş verən partlayış yanıcı maddələr və materiallar daşıyan yük tankerində olub.

APA “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, Dubay hökumətinin rəsmi nümayəndəsi Mona əl-Marri bildirib.

Onun sözlərinə görə, gəmidəki heyəti vaxtında təxliyə olunub.

Hazırda partlayışdan sonra gəmidə baş verən yanğının söndürülməsi tədbirləri görülür.
***

00:28

Dubayda Jebel-Ali limanında neft çənlərinin yerləşdiyi ərazidə güclü partlayış baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə limanda olan gəmidə qeydə alınıb.

Hadisə nəticəsində itkilərlə bağlı məlumat verilməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru