Bayden Honq Konqa dair fövqəladə vəziyyət rejimini bir il uzadıb

8-07-2021, 07:57           
Bayden Honq Konqa dair fövqəladə vəziyyət rejimini bir il uzadıb
ABŞ prezidenti Cozef Bayden Honq Konqa dair fövqəladə vəziyyətin 14 İyul 2022-ci ilə qədər uzadılması barədə qərar verib.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.

"Hong Konqdakı vəziyyət, o cümlədən Çinin Honq Konqun muxtariyyətini zəiflətmək üçün etdiyi son tədbirlər ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün həddən artıq təhlükə yaratmağa davam edir. Bu səbəbdən 14 iyul 2020-ci il tarixində elan edilmiş milli fövqəladə rejim 14 İyul 2021-dən sonra davam etməlidir", - sənəddə deyilir."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru