Sabah Beynəlxalq Kosmik Stansiya UNO ilə toqquşa bilər - FOTO

8-07-2021, 08:15           
Sabah Beynəlxalq Kosmik Stansiya UNO ilə toqquşa bilər - FOTO
Beynəlxalq Kosmik Stansiyaya uçan naməlum obyekt yaxınlaşır.

Bu barədə “Roskosmos”un rəhbəri Dmitri Roqozin özünün “Telegram” kanalında məlumat verib.

“Rusiya müşahidə aparatlarına görə, “UNKNOWN” obyekt 8 iyul cümə axşamı günü 16 saat 16 dəqiqə 5 saniyədə (Bakı vaxtı ilə təxminən saat 17.16-da) BKS-ə yaxınlaşacaq”, - deyə o bildirib.

Roqozinin sözlərinə görə, minimum məsafə 4584 metr, toqquşma ehtimalı 3.12E-11-dir.

“Roskosmos”un rəhbəri ABŞ tərəfinin də məlumatlarını çatdırıb:

“ABŞ tərəfinə görə, obyektin yaxınlaşacağı minimum məsafə 4.8 km-dir. Toqquşma ehtimalı 1.28E-05”, - deyə o bildirib.

Bundan sonra Roqozin deyilənlərin izahını verib.

“Rus dilinə tərcümədə: Hyuston sabah BKS-in 4.8 km-lik bir orta ehtimal ilə naməlum obyektə (“kosmik zibil”) yaxınlaşma təhlükəsini görüb. 10^ -5 narahat olmağın astanasıdır. Bizimkilər ancaq məsafə qiymətləndirməsi ilə razıdırlar. Təhdidi təsdiqləmirik, müşahidəyə davam edirik”, - deyə Roqozin “Telegram” kanalında yazıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru