Çexiyada peyvənd əleyhinə nümayiş keçirilib

8-07-2021, 08:23           
Çexiyada peyvənd əleyhinə nümayiş keçirilib
Çexiyanın paytaxt Praqanın mərkəzində, parlamentin Deputatlar Palatasının (alt palata) binası qarşısında koronavirusa qarşı peyvəndləmənin ləğv edilməsi tələbi ilə 500 nəfərin iştirakı ilə nümayiş keçirilib.

APA TASS-a istinadən xəbər verir ki, paytaxt polisinin xüsusi təyinatlı qüvvələri asayişi bərpa etmək tabe olmayan etirazçılara qarşı güc tətbiq edib.
Mitinq iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiv davranıb. Polis etirazçılardan birini saxlayıb. Bildirilir ki, nəzarətə alınan şəxs inzibati məsuliyyətə cəlb ediləcək.

Nümayişdə, həmçinin, ölkədə koronavirusla bağlı qüvvədə olan bütün məhdudiyyətlərin dərhal ləğv edilməsi tələb edilib.
Polisin verdiyi məlumata görə, etirazçılar parlamentin aşağı palatasının deputatı Lubomir Volnının olduğu “Sağçı Azad Blok” partiyasının çağırışına cavab olaraq toplaşıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru