Bolqar general açıqladı: NATO ilə Rusiya müharibəyə başlayır! - DÜNYA ŞOKDA...

9-07-2021, 09:23           
Bolqar general açıqladı: NATO ilə Rusiya müharibəyə başlayır! -
NATO ilə Rusiya arasında hərbi qarşıdurma riski getdikcə artır. Dünya mediasının əsas müzakirə mövzusu olan mümkün müharibə təhlükəsi ilə bağlı bir-birinin ardınca gözlənilməz hadisələr yaşanır.

Azmarka.az-ın məlumatına görə, Bolqarıstanın briqada generalı Valentin Çankov Qara dənizdəki vəziyyəti II Dünya müharibəsindən əvvəl Sovet-Almaniya sərhədində baş verənlərlə müqayisə edib. Bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edilir ki, bolqar general Rusiya ilə NATO arasında toqquşma riskinin artması haqqında xəbərdarlıq edib. O mətbuata verdiyi müsahibədə Qara dənizin NATO ölkələri ilə Rusiyanın silahlı qüvvələri arasında birbaşa təmas yerinə çevrildiyini söyləyib. Mütəmadi olaraq burada təlimlər keçirilir ki, bu da tərəflərə real hərbi əməliyyatlarda təcrübə qazanmağa imkan verir. NATO-nun bu günlərdə davam edən "Sea Breeze" təlimlərini şərh edən Çankov bu təlimlərin misli görünməmiş miqyasda diqqət çəkdiyini vurğulayıb. Ancaq general Rusiyanın bölgədə üstün durumda olduğunu da bildirib.

"Ukrayna Krımı öz ərazisi sayır, amma faktiki olaraq Rusiyaya aiddir. Referendumundan sonra ərazinin Rusiyaya birləşməsi ölkə qanunlarına uyğunlaşdırıldı",- Çankov bildirib.

O Rusiyanın sərhədlərini qoruduğu üçün təlimlərə qarşı olduğunu bildirib və başqa hər hansı bir ölkənin də oxşar durumda belə addım ata biləcəyini vurğulayıb. Çankov NATO-nun Qara dəniz strategiyasının (Təlimlərlə bağlı gərginlik-red.)əsas hissəsini "Krımın ilhaqının tanınmamasının nümayişi" adlandırıb.

Dünən isə Litva prezidenti Qitanas Nauseda və İspaniyanın baş naziri Pedro Sançesin mətbuat konfransı zamanı isə dünyanı şoka salan insident yaşanıb. Belə ki, "EL Pais"in yaydığı məlumata görə, Şyaulyaydakı NATO hərbi bazasında keçirilən mətbuat konfransı Rusiya təyyarəsinin Litvanın hava məkanına keçməsi səbəbindən dayandırılıb.

Nausedanın çıxışı zamanı pilotlar gözlənilmədən həyəcan çıxışı ilə iki ölkə liderinin arxasında dayanan "Eurofighter" qırıcısına doğru qaçıblar.

Qeyd edilir ki, həmin anda NATO qırıcısını səmaya qaldırmaq qərarı Litvanın hava məkanını pozan bir Rusiya təyyarəsinə cavab olaraq verilib. Mətbuat konfransı insidentdən 25 dəqiqə sonra davam etdirilib.

NATO-da Moskvanın məhz Sançesin Litva səfəri zamanı hava məkanını pozmasını qəsdən atılmış addım kimi dəyərləndirirlər. Çünki bundan əvvəl- 18 gün ərzində belə bir arzuolunmaz hadisə qeydə alınmamışdı.

Bir sıra xarici KİV yazır ki, ümumiyyətlə Rusiya Federasiyası tərəfindən bu cür qalmaqallı hava məkanının pozulması halları NATO hərbi təlimləri və ya Avropa Birliyi liderlərinin Baltik bölgəsinə etdiyi səfərlər zamanı qeydə alınır.

Son dəqiqə məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışı gerçəkləşdirib. İki ölkə rəhbərinin görüşündə əsas müzakirə mövzularından birinin məhz regiondakı son gəlişmələr olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru