"Taliban": Əfqan torpaqlarından heç kimə qarşı hücumda istifadə olunmayacağıq

9-07-2021, 10:31           
"Taliban":
“Taliban” radikal hərəkatının nümayəndə heyəti Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in Asiyada ikinci departamentinin direktoru Zamir Kabulovla görüşüb. Ordu.az xəbər verir ki, bu barədə “Taliban” hərəkatının siyasi idarəsinin açıqlamasında qeyd olunub.

“İclasda İslam Əmirliyinin (“Taliban”ın öz idarəetməsinə verdiyi ad - Red.) nümayəndə heyəti öz mövqeyini bir daha təkrarlayıb ki, əfqan torpaqlarından heç kimə qarşı hücumda istifadə olunmayacaq”, - açıqlamada belə deyilir.

Hərəkat nümayəndələri Əfqanıstanda davamlı sülhün əldə olunmasında maraqlı olduqlarını da bildiriblər. Bundan başqa, qeyd edilib ki, qonşu ölkələrlə sərhəd-keçid məntəqələri adi qaydada fəaliyyətini davam etdirəcək.

Ordu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru