Qara dənizdə intensiv uçuşların sirri - ABŞ "S-500"lər barədə gizli məlumatları ələ keçirdi?

9-07-2021, 11:44           
Qara dənizdə intensiv uçuşların sirri -
Amerika təyyarələri Qara dənizdən Rusiyanın S-500 sınaqlarını izləməyə və bu müdafiə sistemləri haqqında gizli məlumatları ələ keçirməyə çalışıb.

Ovqat.com xəbər verir ki, Rusiya hərbi dairələri Qara dənizin şimal-şərq hissəsindəki Amerika hərbi kəşfiyyat təyyarələrinin müntəzəm uçuşlarını Kapustin Yar poliqonunda keçirilən sinaqlarla əlaqələndirirlər.

Onların fikrincə, Kapustin Yar poliqonunda keçirilən sinaqların müşahidəsi yalnız Qara dəniz və Gürcüstan üzərindəki hava məkanındakı ABŞ aviasiyası tərəfindən aparıla bilərdi və bu da həyata keçirilib.

Bildirildiyinə görə, bu yaxınlarda Kapustin Yar poliqonunda naməlum raketlərin çox əhəmiyyətli bir məsafəyə atılması ilə bəzi sınaqları barədə məlumatların ortaya çıxması və tam da o sıralarda Qara dənizin şərq hissəsində NATO kəşfiyyat təyyarələrinin şübhəli uçuşları diqqətdən yayınmayıb.

Amerika hərbçilərinin hansı məlumatları ələ keçirmək istədikləri və bunun mümkün olub-olmadığı hələlik məlum deyil. Fəqət məlum olan bir məsələ var: bir neçə il əvvəl ABŞ Rusiyanın son hava hücumundan müdafiə sistemini sınaqdan keçirildiyini elan etmişdi. Daha sonra bu məlumat Rusiya ordusu tərəfindən də təsdiqlənmişdi. Bu da Pentaqonun rus sınaqlarını yaxından izləməyə çalışdığını göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru