Haiti prezidentinin qətlinin təşkilatçısının adı açıqlandı

10-07-2021, 00:09           
Haiti prezidentinin qətlinin təşkilatçısının adı açıqlandı
Haiti Prezidenti Jovenel Moizə edilən sui-qəsdlə əlaqədar iki Haiti-ABŞ vətəndaşları nəzarətə alına alınıb.
Pravda.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat dərc edib.

Bildirilir ki, həbs edilənlərin - Ceyms Solaj və Jozef Vinsanın iddialarına görə, hücumun əsas təşkilatçısı "Mayk" ləqəbli əcnəbidir. Onun ispan və ingilis dillərini bildiyi vurğulanıb.

Qəzetin yazdığına görə, bu məlumatı haitili hakim Kleman Noel ABŞ vətəndaşları ilə görüşü zamanı bildirib.

Xatırladaq ki, iyulun 7-də Haiti Prezidenti Jovenel Moiz və həyat yoldaşına iqamətgahında sui-qəsd olunub. Naməlum şəxslər iqamətgaha daxil olaraq onları güllələyib. Prezident hadisə yerində ölüb, həyat yoldaşı isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru