Səudiyyə Ərəbistanı "Moderna" şirkətinin COVID-19-a qarşı peyvəndinin istifadəsinə razılıq verib

10-07-2021, 08:16           
Səudiyyə Ərəbistanı "Moderna" şirkətinin COVID-19-a qarşı peyvəndinin istifadəsinə razılıq verib
Səudiyyə Ərəbistanının Qida məhsularına və dərmanlara sanitar nəzarət üzrə İdarəsi ABŞ-ın "Moderna" firması tərəfindən istehsal olunan yeni koronavirusa (COVID-19) qarşı peyvəndin ölkədə istifadəsinə razılıq verib.

Trend-in məlumatına görə, bu barədə qurumun saytında bildirilib.

Məlumatda qeyd olunub: "Moderna" şirkətindən bütün lazımi sənədləri aldıqdan və peyvəndin etibarlılığını təsdiqlədikdən sonra dərman ölkəyə gətirilə və burada müxtəlif tibb müəssisələri tərəfindən istifadə edilə bilər".

İdarədə vurğulayıblar ki, Səudiyyə Ərəbistanına gələn hər bir peyvənd partiyası onun keyfiyyətinə zəmanət vermək üçün yoxlamadan keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru