Dayə qadınlara qarşı İYRƏNC ƏMƏL: Polis işə qarışdı – Yuxusuz, ac qalır, hətta üzlərinə…

10-07-2021, 14:35           
Səudiyyə şahzadəsi Feysəl ibn Türki ibn Abdallah Al Səud ev qulluqçularına kölə kimi davranmaqda, onları yeməkdən, yuxudan məhrum etməkdə və övladlarının üzlərinə tüpürməyə imkan verməkdə günahlandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Times yazaraq bildirir ki, ittihamlarla bağlı istintaq, Fransada yeddi filipinli dayə və təmizlikçi qadınların polisə müraciət etməsindən sonra başladılıb. Onların polisə etirafları olduqca dəhşətlidir.
Qadınlar şahzadənin həyat yoldaşı və uşaqlarının onları alçaltdığını, aclıq çəkdiklərini və yatmalarına imkan vermədiklərini deyiblər. Eyni zamanda, müqavilələrində göstərilən əmək haqqı daha yüksək olmasına baxmayaraq, ayda yalnız qadınlara 300 avro ödənililib.

Baxıcılaran biri deyib ki, şahzadə uşaqlarının onun üzünə tüpürməyə icazə veribmiş. Başqa bir dəhşətli fakt isə, əgər şahzadənin uşaqlarından biri ağlayarsa, əvəzinə dayələr döyülürmüş. Filippinlilərin dediyinə görə, şahzadə və arvadı yuxuya gedənə qədər işləmək məcburiyyətində qaldılar. Bu da ən tez səhər saat üçdə və daha sonra baş verirdi. Ancaq onsuz da səhər saat yeddidə işə başlamalı və ər-arvadın dörd övladına baxmalı olan dayələr gün ərzində üç saatdan az yatmış olurmuşlar.

Xidmətçilər Əl Səudun masasından isə normal yeməklərdən deyil, artıq qalan qırıntıları yeməli idilər. Dayələr, çox vaxt nahar vaxtı şahzadənin göstərişlərinə əməl etdiklərindən, buna görə də mətbəxə girməyə vaxtları olmadıqları üçün ac qalmalı olublar. Polisdən edilən açıqlamada, dayələrə pis rəftarın əsasən 2013-2015-ci illər arasında baş verdiyini söylənilib. Fransa qanunlarına görə, kölə əməyindən istifadə üçün ən yüksək cəza 10 il həbs cəzasıdır. Bununla birlikdə Fransız polisi, Al Saudı Fransadan ayrıldığı və diplomatik toxunulmazlığından istifadə etdiyi üçün tuta və sorğu edə də bilməz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.