İsraildə də üçüncü doz vaksinə icazə verildi

11-07-2021, 21:59           
İsraildə də üçüncü doz vaksinə icazə verildi
İsrail rəsmiləri iki doz “Pfizer/BionTech” vaksini vurulan immuniteti zəif şəxslərin üçüncü doz peyvəndləmədən keçməsini təsdiqləyiblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun “Delta” ştammının sürətlə yayıldığı ölkədə gündəlik yoluxma sayı 450-yə çatıb.

Səhiyyə naziri Nitzan Horovitz bildirib ki, bu qərar təcili olaraq qüvvəyə minəcək:

“İki doz “Pfizer/BionTech” vaksini vurdurub, immuniteti aşağı olanlar üçüncü dozu da vurduracaq”.

Əhalinin qalan hissəsinin üçüncü doz vaksinasiydan keçib-keçməyəcəyi ilə bağlı açıqlama verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru