Tramp prezident seçkilərində iştirak planlarını hələ açıqlaya bilməyəcəyini söyləyib

12-07-2021, 00:10           
Tramp prezident seçkilərində iştirak planlarını hələ açıqlaya bilməyəcəyini söyləyib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyinə dair artıq qərar verdiyini bildirib.
APA-nın məlumatına görə, lakin o, seçki kampaniyasının maliyyələşdirilməsində yarana biləcək problemlər səbəbi ilə hələlik qərarının nə olduğunu açıqlaya bilmədiyini söyləyib:

"Bəli, bir qərar verdim, bu dəqiqdir. Ancaq kampaniyanın maliyyələşdirilməsində yarana biləcək çətinliklər səbəbindən hələ bunu açıqlaya bilmirəm".

Tramp bu çətinliklərin nə olduğuna aydınlıq gətirməyib.

Qeyd edək ki, Tramp bu il 28 fevralda Florida ştatının Orlando şəhərində keçirilən konfransda çıxışı zamanı yenidən prezidentlik uğrunda mübarizədə iştirak edə biləcəyini etiraf etmişdi.

O, Ağ Ev uğrunda mübarizədə respublikaçı namizədin qələbə qazanacağına inandığını da bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru