Kuba prezidenti hökumət tərəfdarlarını küçələrə çıxmağa çağırdı
12-07-2021, 06:26
Kuba prezidenti Miqel Dias-Karnel Kuba inqilabının müdafiəçilərini hakimiyyətə qarşı təxribatların qarşısını almaq üçün küçələrə çıxmağa çağırıb.
Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti dövlət televiziyasının efirində deyib.
M.Dias-Karnel bildirib: "İnqilabın bütün müdafiəçilərini, bütün kommunistləri indidən və sonrakı günlərdə harada təxribat baş verilməsinə baxmayaraq, istənilən yerdə küçələrə çıxmağa çağırırıq".