Yaponiyanın qərbində təxminən 75 min nəfər leysan yağışlara görə təxliyyə ediləcək

12-07-2021, 07:42           
Yaponiyanın qərbində təxminən 75 min nəfər leysan yağışlara görə təxliyyə ediləcək
Yaponiyanın Şimane prefekturası hakimiyyəti 75 minə yaxın yerli sakinin təxliyyə edilməsinə əmr verib.

Trend-in məlumatına görə, bu barədə NHK televiziya kanalı xəbər verib.

Məlumatına əsasən, buna səbəb bölgədə leysan yağışlarla əlaqədar torpaq sürşməsinin baş verməsi təhlükəsidir.

Şimanenin bir sıra rayonlarında bir saat ərzində təxminən 100 mm yağıntının düşdüyü qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.