İsrail - Fələstin əlaqələrində yenilik

12-07-2021, 11:32           
İsrail - Fələstin əlaqələrində yenilik
İsrailin Prezidenti İshaq Herzoq, Fələstinli həmkarı Mahmud Abbasa iki tərəf arasında dialoqu yenidən başlatmaq istədiyini bildirib.

Eurasia Diary xəbər verir ki, bu barədə prezident İ.Herzoq "Twitter" hesabında yazıb.

"Bu axşam Fələstinin Prezidenti Abbasla danışdım və ona İsrailin əvvəlki prezidentləri kimi fələstinlilərlə israillilər arasında dialoqu davam etdirməyi planlaşdırdığımı çatdırdım"- deyə o qeyd edib.

O, dialoqun əlaqələrin yaxşılaşdırılmasına və iki xalq arasında barışın yaradılmasına kömək edəcəyinə ümid etdiyini deyib.

M.Abbas isə hərtərəfli və ədalətli bir sülh üçün lazımi şəraitin yaradılması yolunda əməli addımların atılmalı olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, İsrail və Fələstin arasında barış danışıqları 2014-cü ilin aprelində dayandırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru