Fransada ÜDM artımı bu il 6 faizə çata bilər

13-07-2021, 07:59           
Fransada ÜDM artımı bu il 6 faizə çata bilər
Cari ildə Fransada ÜDM-in 6 faiz artacağı gözlənilir.

Trend TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Emmanuel Makron bildirib.

"Biz ÜDM-in 6 faiz artmasını gözləyirik", - deyərək, Makron beləliklə Fransanın "Avropa iqtisadiyyatının lider qrupunda qalacağını" vurğulayıb. Daha əvvəl ölkə hökuməti 5 faiz göstəricini nəzrdə tutub, lakin sonra Avropa komissiyası və Fransa Milli statistika və iqtisadi tədqiqatlar İnstitutunun iki həftə əvvəl verdiyi rəyə əsaslanaraq mövcud proqnoza yönəlib. Bununla belə, "Bank de France" 2021-ci ildə ÜDM artımının 5.75 faiz olacağını təxmin edir.

"Ötən il pandemiya səbəbi ilə 300.000 iş yerimizi itirdik. Cari ildə isə artıq 187.000 işi bərpa etdik", - Fransa lideri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru