Hurriyyet.org xəbər verir ki, İranın yeni Prezidenti İbrahim Rəisi hələ vəzifə başına keçirməzdən əvvəl öz prezidentlik dövründə ilk növbədə korrupsiya ilə müharibə edəcəyini bəyan edib.
İranın ISNA informasiya agentliyi yazır: “Hələ yeni hökumət rəsmi işinə başlamazdan əvvəl, Rəisi ölkənin nəzarət və kəşfiyyat orqanlarının rəhbər orqanlarından ibarət komitənin birinci iclasını keçirib. İclasda məqsəd hökumətdəki korrupsiyalaşmış mexanizmlərlə mübarizə üçün praktiki strategiya və tədbirlərin formalaşdırılması olub”.
Hazırda İran ciddi iqtisadi böhran keçirir – bütün ölkə ərazisində ərzaq malları iki-üç dəfə bahalaşıb, inflyasiya səviyyəsi 49,5%-ə çatıb. Hazırda vəzifə başında olan Prezident Həsən Ruhaninin Mərkəzi Banka borcu 27% artaraq, 17,2 milyard dollardan 22,5 milyard dollara çatıb.
Rəisi 18 iyun tarixində keçirilən seçkilərdə 61,9% səslə qələbə çalıb. Onun inaqurasiya mərasimi 5 avqust tarixində keçiriləcək.