Çin gəmiləri Yaponiyanın sərhədini pozdu
13-07-2021, 19:08

Çinə məxsus iki sahil təhlükəsizliyi gəmisinin 10 iyul tarixində Şərqi Çin dənizinin mübahisəli Senkaku adaları ətrafında Yaponiya dövlətinin sahil sularına daxil olduğu bildirilib. Çin gəmiləri həmin hövzədə ov edən Yaponiya balıqçı gəmilərinə yaxınlaşıblar.
Yaponiya Sahil Təhlükəsizliyi qüvvələrinin xəbərdarlığından sonra, Çinə məxsus gəmilər 12 iyul tarixində, saat 11 radələrində oranı tərk ediblər.
Yaponiya Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu Çinə məxsus gəmilərin son 5 ay ərazində Yaponiyanın dəniz sərhədlərini tez-tez pozduqlarını bildirərək sərt reaksiya verib. Kato deyib: “Dəfələrlə xəbərdarlıq etmişik. Mövqe və düşüncələrimizi Çin tərəfinə qəti şəkildə bildiririk. İstər gecəyarısı olsun, istərsə də, dan yeri söküləndə, sərhəd pozuntularına qarşı səbatlı və təmkinli mövqeyimizi qoruyacağıq”.
Çində 1 fevral tarixindən qüvvəyə minmiş qanuna görə, sahil təhlükəsizliyi işçilərinə həmin sularda qaydalara uymayan əcnəbi gəmilərə qarşı silahdan istifadə eləmək ixtiyarı verir.
Kyodo agentliyi bu qanunun Çinə, Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafında üzən Yaponiya gəmilərini hədəf ala bilmək səlahiyyəti olduğunu bildirib.
Şərqi Çin dənizində Yaponiyanın “Senkaku”, Çinin isə "Diaoyü" adlandırdığı silsilələr 5 ada və 3 qayalıqdan ibarətdir.hurriyyet