Ukrayna qaz tranzitinə görə Rusiyaya kompensasiya şərti qoydu
13-07-2021, 19:15

"Ukrayna QTS Operator" kompaniyasının rəhbəri Sergey Makoqon bildirib ki, ölkə "Şimal axını-2"nin işə salınması ilə üzləşdiyi iqtisadi itkilərə görə "kompensasiya" üçün yalnız bir variant görür. Yerli qəzet "Liqa"ya verdiyi müsahibədə Makaqon Rusiya qazının tranziti üçün yeni müqavilə şərtləri qoydu. O, "Bizim üçün qəbul ediləcək yeganə seçim, Avropa bankları və ya şirkətlərinin maliyyə zəmanətləri ilə qarşıdan gələn 15 il ərzində ildə 45-50 milyard kubmetr həcmində yeni qaz tranziti müqaviləsidir" dedi.
Makaqon eləcə də bildirib ki, "Şimal axını-2"nin istifadəyə verilməsi xüsusilə Şərqi Avropa ölkələrinə təsir edəcək, Ukraynada qaz qiymətlərinin artacaq. O əlavə olaraq, tranzit alınmayacağı təqdirdə, bütün qaz həcminin Avropa Birliyindən idxal edilməsinə ehtiyac olduğunu söyləyib. “Buna görə də, hazırda Polşa və Macarıstandan zəmanətli potensialın yaradılması üçün fəal işləyirik. Ancaq əlbəttə ki, bir ölkə olaraq əsas vəzifəmiz idxaldan asılılığı azaltmaq üçün öz qaz istehsalımızı artırmaqdır”, «Ukrayna QTS Operator»unun rəhbəri deyir.
Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeriy Çalı artıq "Şimal axını 2"yə təzminat kimi Qərbin ölkəsini silah ilə təmin etməsinin lazım olduğunu söyləyir. V.Çalinin sözlərinə görə, Kiyevin pul təzminatına razılaşması mümkün deyil.
3 gün əvvəl, 10 İyulda Almaniyanın və ABŞ-ın, Ukraynanın qaz tranziti ölkə olmasınından məhrum olacağı təqdirdə ona təzminat verilməsinin mümkünlüyünü müzakirə etdiyi məlum oldu. Sonra Almaniya kansleri Angela Merkel xəbər verdi ki, ölkəsi "Şimal Axını-2" qaz kəmərinin işə salınmasından sonra tranzit tədarükünün təmin edilməsində Kiyevə dəstək vermək niyyətindədir.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA