Daxili işlər naziri istefa verdi - Ukraynada 13-07-2021, 20:15 Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verib.Avakovun istefa ərizəsinə yaxın vaxtlarda Ukrayna parlamentində baxılacaq.Qeyd edək ki, Arsen Avakov 2014-cü ildən daxili işlər naziridir. O, əvvəlki hökumətin yeni kabinetdə qalan iki nazirindən sonuncusudur. Facebook-da paylaş