Kanadanın baş naziri "Tokio-2020"yə getməkdən imtina edib

14-07-2021, 08:22           
Kanadanın baş naziri "Tokio-2020"yə getməkdən imtina edib
Kanadanın baş naziri Castin Trüdo Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiyaya səfər etmək planlarından imtina edib.

Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, C.Trüdonun səfərdən imtina etməsi Oyunların təşkilatçılarının yarışmanı Tokioda və digər bir sıra əyalətlərdə tamaşaçısız keçirmək qərarı ilə əlaqədardır.

Qeyd edək ki, Tokio Olimpiadasi 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarışlar bir il təxirə salındı ​​və 23 iyul - 8 avqust 2021-ci il tarixlərində keçiriləcək. Təşkilatçılar Oyunların xarici azarkeşlər olmadan keçirilməsinə qərar veriblər, yerli tamaşaçılar da Tokio da daxil olmaqla 6 əyalətdə keçiriləcək tədbirlərə buraxılmayacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru