Rusiyadan ABŞ-a: Planeti qorumaq üçün qərar verməliyik!

14-07-2021, 09:10           
Rusiyadan ABŞ-a:
Rusiya tərəfi ABŞ-a ətraf mühit, iqlim və təbiət məsələlərini əhatə edəcək vahid bir müqavilə imzalamağı təklif edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının üzvü, BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisov deyib.

"Rusiya və ABŞ ən böyük təbii ehtiyatlara sahibdirlər. Ətraf mühiti nə qədər tez bərpa edə biləcəyimizi müəyyənləşdirə bilərik. Bu təşəbbüs nəzərdən keçiriləcək. ABŞ-la bu baxımdan ortaq bir narahatlığımız var", - Fetisov qeyd edib.

Fetisov iki ölkənin Arktika və Antarktidada maraqlarının kəsişdiyini söyləyib:

"Planetimizdə yaşayan insanları buz əriməsindən necə qoruya biləcəyimizə dair bir qərar verməliyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru