"Dünya koronavirus pandemiyasının yeni dalğasının başlanğıc mərhələsindədir”.

15-07-2021, 00:07           
"Dünya koronavirus pandemiyasının yeni dalğasının başlanğıc mərhələsindədir”.
"RİA Novosti” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus xəbərdarlıq edərək deyib.
"İndi üçüncü dalğanın başlanğıc mərhələsindəyik”, - o, ÜST-nin COVID-19 ilə bağlı Fövqəladə Hallar Komitəsinin Cenevrədə keçirilən iclasında deyib.

T.Gebreyesus keçən həftə dünyada yoluxma hallarının, eləcə də koronavirus infeksiyasının nəticələrindən ölüm hallarının sayındakı artımı vurğulayıb.

"Delta” variantı yoluxma sayındakı artıma təsir edən əsas məqamlardan biridir. Buna da artan sosial təmaslar və mobillik, eləcə də səhiyyə sahəsində sınaqdan keçirilmiş və sosial tədbirlərə davamlı riayət olunmaması təsir edir”, - Baş direktor deyib.

Onun sözlərinə görə, "Delta” variantı hazırda dünyanın 110-dən çox ölkəsində mövcuddur və artıq yaxın zamanda dünyada dominantlıq edəcək ştamma çevriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.