Əfqanıstan hökuməti "Taliban"ın nəzarətinə keçmiş əraziləri GERİ QAYTARDI

15-07-2021, 00:34           
Əfqanıstan hökuməti "Taliban"ın nəzarətinə keçmiş əraziləri GERİ QAYTARDI
Əfqanıstanda hökumətin müdafiə və təhlükəsizlik qüvvələri "Taliban" silahlılarının əlinə keçmiş bütün ərazilər üzərində nəzarətin bərpa olunduğunu bildirib.

Teref.az-ın verdiyi xəbərə görə, bu barədə hökumətin təhlükəsizlik və müdafiə qüvvələrinin rəsmisi, general Acmal Şinvari mətbuat konfransında deyib.

"İtirilmiş ərazilərimizi geri qaytarmaq üçün plan hazırladıq. Döyüşlərin davam etdiyi bölgələrdə "Taliban"ın bu əraziləri ələ keçirmək iddiaları doğru deyil. Əvvəllər "Taliban" tərəfindən işğal edilmiş bütün bölgələr hökumətin nəzarətinə keçib", - deyə o bildirib.

Onun sözlərinə görə, son üç gündə hökumət qüvvələri 25 vilayətdə 98 əməliyyat keçirib,1369 "Taliban" yaraqlısı öldürülüb. /apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru