Avropa Məhkəməsindən Rusiyaya skandal tələb : Konstitusiyanızı kənara atın, homoseksual evliliyi tanıyın...

15-07-2021, 08:23           
Avropa Məhkəməsindən Rusiyaya skandal tələb :
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyadan homoseksual nigahların qanuniləşdirməsini tələb edib.

Avropa.info xəbər verir ki, Rusiyada 6 nəfər homoseksual şəxs evlənmək istədiklərini bildirdilər, lakin rədd cavabı alıblar.

Bundan sonra həmin şəxslər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

AİHM isə rus homoseksual şəxslərin "evlənmək hüququna malik olduqlarına" qərar verib.


Rusiya isə bu qərarı tanımadıqlarını bəyan edib. Kremlin sözçüsü Dmitri Peskov, Rusiya Konstitusiyasında evliliyin kişi ilə qadın arasında olduğunu və eyni cinsli nigahın tanınmasının Rusiya Konstitusiyasına zidd olduğunu bildirib.

Bundan sonra, AİHM evliliyin yalnız bir kişi ilə bir qadın arasında baş verə biləcəyinə dair bir konstitusiya və ya qanunun qəbul edilməsinin də insan haqlarına zidd olduğunu iddia edib.

Rusiyadan gələn ikinci əks bəyanatda AİHM-nin bu qərarlarının çox səhv və qanunsuz olduğu və Moskvanın bu qərarları tanımayacağı bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.