Ceff Bezos adını daşıyacaq mərkəzin yaradılmasına 130 mln dollar xərcləyəcək

15-07-2021, 10:34           
Ceff Bezos adını daşıyacaq mərkəzin yaradılmasına 130 mln dollar xərcləyəcək
ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” korporasiyasının banisi Ceff Bezos ölkənin Smitson universitetinə 200 milyon ABŞ dolları ianə edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, 1846-cı ildə qoyulmuş muzey və elmi-tətqiqat kompleksinin tarixində ən böyük ianədir.

Həmin pulun 70 milyon dolları Milli Aviasiya və Kosmik Muzeyinin renovasiyasına yönəldiləcək. Qalan 130 milyon dollar isə bu muzeyin tərkibində C.Bezosun adını daşıyacaq yeni təhsil mərkəzinin yaradılmasına xərclənəcək. Vaşinqtonda yerləşəcək həmin qurumun bazasında gəncləri elmi-texniki sferada işləməyə sövq edəcək elmi proqramlar keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru