Rus qırıcıları ABŞ bombardmançılarını tutmaq üçün havaya qalxdı

15-07-2021, 12:12           
Rus qırıcıları ABŞ bombardmançılarını tutmaq üçün havaya qalxdı
Bu gün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç ədəd “B-52H” tipli strateji bombardmançı təyyarə Rusiyanın sərhədlərinə yaxınlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, Rusiyanın iki ədəd “MiQ-31” və “Su-35” qırıcı təyyarəsi Berinq dənizi üzərindən Rusiya sərhədlərinə yaxınlaşan bu təyyarələri tutmaq üçün havaya qalxıb. Onlar ABŞ təyyarələrini Berinq dənizi ərazisində müşayiət ediblər.

Qeyd olunur ki, Rusiya sərhədinin pozulması halına yol verilməyib. Amerikaya məxsus bombardmançı təyyarələr Rusiya sərhədindən döndükdən sonra rus qırıcı təyyarələri bazaya qayıdıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru