Yollar əvəzinə çay: Avropanın daha bir ölkəsi təbii fəlakətin əsarətində - VİDEO

16-07-2021, 07:35           
Yollar əvəzinə çay: Avropanın daha bir ölkəsi təbii fəlakətin əsarətində - VİDEO
Belçikada əlverişsiz hava şəraiti ilə əlaqədar iki nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.

Bu barədə RTBF xəbər yayıb.

Qurbanların sayının arta biləcəyi istisna olunmur.

Qeyd edək ki, artıq bir neçə gündür ölkə ərazisində davam edən leysan yağışlar Lyej əyalətində daşqınlara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, küçələr bir anın içində sel sularına qərq olub, evlərə ciddi zərər dəyib.

Əyalətdə “qırmızı” təhlükə səviyyəsi elan olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru