Eyfel qülləsi 9 aylıq fasilədən sonra yenidən ziyarətçiləri qəbul edir

18-07-2021, 21:47           
Eyfel qülləsi 9 aylıq fasilədən sonra yenidən ziyarətçiləri qəbul edir
Eyfel qülləsi 9 ay bağlı qaldıqdan sonra yenidən ziyarətçiləri qəbul edir.

Teref.az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 epidemiyası ilə bağlı yeni sanitar qaydalara görə, qüllə artıq əvvəlki gündəlik ziyarətçilərinin yarısını və ya 13 000 ziyarətçi qəbul edəcək. Qüllənin 350 işçisi bu günü səbirsizliklə gözləyirdi.

Fransada mədəniyyət və əyləcə mərkəzlərində olduğu kimi iyulun 21-dən Eyfel qülləsinə qalxmaq üçün də sanitar sənəd tələb olunacaq.

Artıq 9 aydır bağlı qalan Eyfel qülləsi 2014-cü ildə 7 milyon, 2019-cu ildə isə 6.2 milyon ziyarətçi qəbul edib. Eyfel qülləsinin iyunun 1-də açılmış bilet kassasının cari ilin avqust ayının sonunadək 70 min bilet satdığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru