Almaniyada təbii fəlakət qurbanlarının sayı artır 19-07-2021, 07:34 Almaniyada daşqın və sel nəticəsində həlak olanların sayı artmaqda davam edir.“Bild” nəşrinin məlumatına görə, artıq 156 nəfər təbii fəlakətin qurbanı olub.Ölüm hallarından 110-u Reynland-Pfalts, 45-i Şimali Reyn-Vestfaliya, biri isə Bavariya vilayətində qeydə alınıb.Qeyd edək ki, Almaniyada sel və daşqınlara səbəb “Bernd” qasırğası olub.Təbii fəlakət nəticəsində ölənlərin sayının artacağı gözlənilir. Facebook-da paylaş