Rusiyalılar övladlarına koronavirusa qarşı vaksin vurdurmaq istəmirlər

20-07-2021, 08:29           
Rusiyalılar övladlarına koronavirusa qarşı vaksin vurdurmaq istəmirlər
Rusiyalı valideynlərin yarısından çoxu (69 faiz) övladını koronavirus əleyhinə vaksinasiya etdirməkdən imtina ediblər.

RBC bu barədə “SuperJob”un araşdırmasına istinadən xəbər yayıb. Respondentlərin yalnız 8 faizi uşaqlarını peyvənd etməyi planlaşdırır, 23 faizi isə qərarsızdır.

Valideynlər peyvənd haqqında məlumatın yetərsiz olduğunu əsas gətirirlər.

Tədqiqat zamanı müəyyən olunub ki, əsasən özləri peyvənd olunanlar uşaqlarına da peyvənd vurulmasına hazırdırlar.

Eyni zamanda, övladlarının vaksinsiyasına atalar analara nisbətən daha çox (36 faizə 24 faiz nisbətində) razıdırlar.musavat\












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru