Saakaşvilinin işinə xarici hakimlərin baxması təklif edilir

24-11-2021, 07:54           
Saakaşvilinin işinə xarici hakimlərin baxması təklif edilir
Gürcüstanda müxalifət partiyalarının liderləri keçmiş prezidenti Mixail Saakaşvilinin işi ilə xarici hakimlərin məşğul olmasını istəyirlər.

Gununsesi.info “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentində müxalifəti təmsil edən deputatları bildiriblər.

Deputat Giorgi Vaşadze təklif edib ki, Strasburqda təcrübəsi olan hakimlər işə baxa bilər.

Deputatın sözlərinə görə, Gürcüstanın məhkəmə sisteminin istənilən qərarı etimadsızlıq səbəbindən spekulyasiya predmetinə çevriləcək.

Noyabrın əvvəlində “Xalq Naminə” partiyasının lideri Anna Dolidze Saakaşvilinin işi üzrə hökmü xarici hakimlər çıxarmalı olduğunu deyib. Onun sözlərinə görə, xarici hakimlərdən ibarət mütəxəssislər qrupu yaradılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru