İraq Rus "MİQ"-lərini almaqdan imtina edərək Türk “Bayraktar”larına üstünlük verdi

3-12-2021, 08:04           
İraq Rus "MİQ"-lərini almaqdan imtina edərək Türk “Bayraktar”larına üstünlük verdi
İraq 100 milyon dolları Rusiyanın MiQ-29-larına yox, Türkiyənin Bayraktar TB2-lərinə xərcləmək qərarına gəlib.

Ovqat.com-un məlumatına görə, İraq hakimiyyəti bu ölkənin müdafiə departamentinin nümayəndələrinin tövsiyələrinə zidd olaraq, Rusiyanın MiQ-29 qırıcılarının alınmasından imtina edib.

Bildirilir ki, ölkənin səlahiyyətli orqanları öz qərarlarını bu gün “Bayraktar TB2” pilotsuz təyyarələrinin istifadəsinin daha effektiv olması ilə əlaqələndiriblər. Hökumət Türk PUA-larının alınmasına təxminən 100 milyon dollar ayırıb.

“İraq hakimiyyəti Türkiyədən 100 milyon dollara Bayraktar TB2 İHA-nın alınmasına razılıq verib. PUA-lar dağlıq və səhra əraziləri, xüsusən son zamanlar vəziyyətin əlverişsiz olduğu Suriya sərhədini qorumaq üçün istifadə olunacaq”, - deyə Londondan yayımlanan Əl-Ərəbi əl-Cədid” nəşri bildirib.

İddialara görə, İraq hazırda bu ölkədə xidmətdə olan Amerika istehsalı ola F-16 qırıcılarını sataraq 12 Rusiya MiQ-29 qırıcısı ala bilərdi. Lakin, ABŞ-ın təzyiqi ilə Bağdad bu təyyarələrin alınmasından imtina etmək məcburiyyətində qalıb.

Rus ekspertlərinin fikrincə, bir Bayraktar TB2 pilotsuz təyyarəsinin qiymətini nəzərə alsaq, İraq Türkiyədən 20-yə yaxın pilotsuz uçuş aparatı almaq niyyətindədir: “Lakin PUA-lar düşmən təyyarələrinin qarşısını almaq qabiliyyətində olmadığından İraqın hava məkanı müdafiəsiz qala bilər”, - deyə Rusiyada dərc olunan Avia.pro saytı yazır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru