Müxalif namizədlərə təzyiqlər var – Vaşinqton Ermənistandakı seçkilər barədə

8-12-2021, 07:40           
Müxalif namizədlərə təzyiqlər var –
Dekabrın 5-i Ermənistanın 9 vilayətində 36 icmasında yerli idarəetmə orqanlarına seçkilər keçirilib.
ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkə hakimiyyətini oktyabrın 17-də, noyabrın 14-də və dekabrın 5-də keçirilən yerli seçkilər zamanı müxalifət namizədlərinin təqib edilməsi ilə bağlı xəbərləri araşdırmağa çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı səfirlik öz "Facebook" səhifəsində paylaşıb.
Səfirlik, həmçinin bildirib ki, Ermənistanda seçkilər sakit, dinc şəraitdə keçib və yaxşı təşkil olunub.
Səfilik həmçinin yazıb ki, ABŞ ümumi dəyərlər və demokratiya əsasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə ümid edir.
Qeyd edək ki, dekabrın 5-i Ermənistanın 9 vilayətində 36 icmasında yerli idarəetmə orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, 36 icmadan 16-da Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası 50%-dən çox səs toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru