Rusiya və Çin peyk naviqasiyası üçün yol xəritəsi imzalayıb

8-12-2021, 08:52           
Rusiya və Çin peyk naviqasiyası üçün yol xəritəsi imzalayıb
Rusiyanın “Roskosmos” dövlət korporasiyası və Çin Peyk Naviqasiya Sistemi Komissiyası 2021-2025-ci illər üçün peyk naviqasiyası sahəsində əməkdaşlıq üçün yol xəritəsini təsdiqləyib.

Bu barədə “Roskosmos”dan məlumat verilib.

“Sənədi “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin və komissiyanın rəhbəri He Yubin imzalayıblar” , - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, yol xəritəsində QLONASS və “Beidou” sistemlərinin kompleks və innovativ inkişafı, onların uyğunluğunun və bir-birini tamamlayıcılığının artırılması, Çin və Rusiyada yerüstü ölçmə stansiyalarının qarşılıqlı yerləşdirilməsi planları var.

Sənədə qlobal naviqasiya peyk sistemlərinin xüsusiyyətlərinin monitorinqi və qiymətləndirilməsi, habelə Rusiya və Çinin sosial-iqtisadi inkişafı maraqları naminə naviqasiya texnologiyalarından birgə istifadə planları daxildir.

“Roskosmos”dan vurğulanıb ki, imzalanmış sənəd peyk naviqasiyası üzrə Rusiya-Çin əməkdaşlığının inkişafı, eləcə də QLONASS texnologiyasının beynəlxalq bazarda irəliləməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru