Gözlənilən müharibə: prezident xalqa müraciət etdi BAYDEN İSƏ FƏLAKƏTLİ İQTİSADİ SANKSİYALAR HAQDA DANIŞDI

20-01-2022, 11:46           
Gözlənilən müharibə: prezident xalqa müraciət etdi
O qeyd edib ki, bu cür informasiya hücumlarının daha bir məqsədi Ukraynanın iqtisadi baxımdan zəiflədilməsidir. Bu yolla investorları qorxudurlar ki, onlar Ukraynada bizneslərinin inkişafına vəsait yatırmaqdan çəkinsinlər. Zelenski Ukrayna vətəndaşlarını təşvişə düşməkdən çəkinməyə və “rahat nəfəs almağa” çağırıb. Habelə KİV-lərə məsləhət görüb ki, “kütləvi isteriya vasitəsinə” çevrilməsinlər.

“Ukrayna müharibə istəmir, amma Ukrayna həmişə ona hazır olmalıdır”,-Zelenski deyib.

Zelenskinin xalqa müraciəti ilə təxminən eyni saatlarda ABŞ prezidenti Cozef Bayden də Ağ evdə mətbuat konfransı keçirib və onun çıxışının əsas hissəsi Ukrayna ətrafındakı situasiya ilə bağlı olub. Bayden bildirib ki, baş verənlər Rusiyanın Ukraynaya hücum etmək niyyətini göstərir, ancaq prezident Putin hələ müharibə qərarı verməyib. ABŞ prezidentinin sözlərinə görə, Rusiya Ukraynaya müdaxilə etsə onu “görünməmiş iqtisadi sanksiyalar” gözləyir.

“Mən hələ də hesab edirəm ki, Putin tammiqyaslı müharibə istəmir. Lakin mən bilirəm ki, o niyyətini elə indi dəyişdirməsə böyük və ciddi bədəl ödəyəcək. Və mən hesab edirəm ki, o bütün ömrü boyu bu qərarından təəsüflənəcək”,-ABŞ prezidenti bildirib.

Baydenin sözlərinə görə, ABŞ o dərəcədə ağrılı sanksiyalar paketi hazırlayıb ki, onların tətbiqi Rusiya üçün “fəlakət” olacaq. Məsələn, Rusiya bankları dollarla əməliyyatlar həyata keçirə bilməyəcək. Baydenin sözlərinə görə, Kreml heç vaxt bu cür sanksiyalarla üzləşməyib.

Bu arada Ukraynanın müttəfiqləri ona silah dəstəyi verməkdə davam edir. ötən iki sutka ərzində Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin 8 C-17 “Globemaster” nəqliyyat təyyarəsi Kiyevə enib. Bu təyyarələr Böyük Britaniyadan tank əleyhinə NLAW komplekslərini daşıyır. Böyük Britaniya artıq Ukraynaya bu kompleksləri verdiyini rəsmən təsdiq edib. Söhbət mindən çox belə kompleksdən gedir. Hesablamara görə bir C-17 təyyarəsi 180-ə qədər belə kompleks və onlara aid raketlər daşıya bilir. NLAW tank əleyhinə kompleksləri yüksək dəqiqlikli silahdır, atəş məsafəsi 600-800 metrdir, yəni yaxın döyüş üçündür. Hədəfi vurma dəqiqliyi 100 faizdir. Ehtimal edilir ki, Ukrayna azı 1400 belə kompleks alıb. Bu isə Ukraynaya müdaxilə zamanı Rusiya ordusunun ciddi itkilər verəcəyini göstərir.

virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.