Qanlı müharibə: 2040-cı ildə ABŞ-ın dağılması ssenarisi

24-01-2022, 10:45           
Qanlı müharibə: 2040-cı ildə ABŞ-ın dağılması ssenarisi
Köşə yazarı Mark Katz ABŞ-ın parçalanmasına gətirib çıxaracaq vətəndaş müharibəsi ssenarisini təsvir edib.

Axar.az xəbər verir ki, o, bu barədə “Nəşnl İnterest” qəzetində yazıb.

"Bu necə baş verə bilər? Birləşmiş Ştatlar 2040-cı illərdə əsasən ağdərili əhalidən qaradərili əhaliyə demoqrafik keçid prosesində olacaq. Ağ amerikalılar, xüsusən də mühafizəkarlar, hakimiyyəti könüllü şəkildə verməyə razı olmayacaqlar. Əvəzində onlar status-kvonu – cəmiyyətdəki dominant mövqelərini zorla saxlamağa çalışacaqlar”, - deyə müəllif qeyd edib.

O bildirib ki, Vaşinqton üçün ən pis ssenari vətəndaş iğtişaşları ilə ölkənin dağılmasıdır:

"Bu, digər böyük dövlətlərə Amerikanın süqutu ilə beynəlxalq arenada yaranmış boşluğu doldurmağa imkan verəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru