Filippin və ABŞ hərbi-dəniz qüvvələrinin birgə hərbi təlimləri keçirilir

29-01-2022, 11:53           
Filippin və ABŞ hərbi-dəniz qüvvələrinin birgə hərbi təlimləri keçirilir
Filippin və ABŞ hərbi-dəniz qüvvələri desant əməliyyatlarını və terrorizmlə mübarizəyə dəstəyi nəzərdə tutan həftəlik birgə hərbi təlimlər keçirirlər.

AZƏRTAC “philstar.com” saytına istinadla xəbər verir ki, “MAREX 22 PH” adlı dəniz təlimlərinin rəsmi açılış mərasimi yanvarın 27-də Bonifaço limanında keçirilib. Açılış mərasiminə Filippin dəniz piyadalarının komendantı general-mayor Ariel Kakulitan rəhbərlik edib. Bildirilib ki, “MAREX 22” təlimləri desant əməliyyatlarında ABŞ donanmasının hərbi-dəniz qüvvələri ilə əməkdaşlığın inkişafına, daxili təhlükəsizlik və təbii fəlakətlər zamanı humanitar yardımın təşkilinə yönəlib.

Filippinin Palavane və Mindanao qərb komandanlıqlarına daxil olan ərazilərdə keçirilən təlimlər fevralın 2-də başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru