Yaponiyaya gələnlər üçün karantin müddəti qısaldılır

29-01-2022, 13:23           
Yaponiyaya gələnlər üçün karantin müddəti qısaldılır
Yaponiya hökuməti ölkəyə gələnlər üçün xüsusi müəssisələrdə və ya evdə qalmaqla əlaqədar karantin müddətini 10 gündən 7 günə azaltmaq barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Gəldikləri ölkədə koronavirusun yayılması səviyyəsindən asılı olaraq, Yaponiyaya gələnlər özünütəcrid şəraitində qalmaq üçün xüsusi müəssisələrə və ya yaşadıqları mənzilə göndərilirlər.

Hazırda Yaponiyaya yalnız bu ölkənin vətəndaşları, akkreditasiyaya malik olan diplomatlar və burada uzun müddət yaşamaq hüququna malik olan digər əcnəbilər gələ bilərlər. Bununla yanaşı, uzun müddətli vizaların müddətinin uzadılması da tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru